Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:30 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? | 14:28 Erməni əsirliyindən qaçan qazi vəfat etdi | 14:26 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi | 13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik | 13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat | 13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? | 13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? | 13:39 Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib | 13:37 Bakıda qarajlar rekord həddə bahalaşdı | 13:34 Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? | 13:29 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? | 13:24 Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb | 13:17 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib | 13:12 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar | 13:04 Qızıl ucuzlaşsa da, zinət əşyaları niyə əvvəlki qiymətə satılır? – AÇIQLAMA | 13:01 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" | 12:52 Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı | 12:42 Eyni mənzili bir neçə nəfərə satan MTK rəhbəri həbs edildi - Milyonluq dələduzluq | 12:41 Bakıda körpə 11-ci mərtəbədən yıxılıb öldü |
Mojo.az Avto
Mojo.az Avto

14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verildi

24.07.2024 16:27 1 464
14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verildi
Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir.

Məlumat üçün bildirək ki, kiçik elektrik nəqliyyat vasitəsi - gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir.

- təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;

- oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;

- oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;

- sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;

- xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;

Son xəbərlər