Mojo.az Banner
13:02 ABŞ tarixində ən böyük kütləvi viza ləğvinə hazırlaşır  |     12:55 Ağdamda sahibkar və şirkət işçisi narkotik vasitə ilə tutulublar  |     12:27 Bakı metrosunun iş rejimi dəyişdiriləcək - SƏBƏB  |     12:19 Bakıda bədbəxt hadisə: Uşaq dəmir barmaqlıqlara ilişərək öldü  |     12:17 Ağdamdakı qətllə bağlı ŞOK İDDİA: Pəncərədən daxil olaraq qayınatasını öldürüb (Yenilənib)  |     12:14 Bakıda piyada keçidində maşınla vurulan kişi öldü  |     12:04 Robert Koçaryanın saxlanılmasının görüntüləri yayıldı - VİDEO (Yenilənib)  |     12:00 Azərbaycan nefti ucuzlaşıb  |     11:54 Oman sahillərində neft tankeri vuruldu  |     11:35 Göygöldə yük avtomobili piyadanı vurub öldürdü  |     11:33 Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6 500-ü keçdi  |     11:33 Hər gün banan yemək təhlükəlidir? - Mütəxəssisdən CAVAB  |     11:30 Şəhid anası tələbə adını qazandı  |     11:28 İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək - Video  |     11:17 Faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ  |     11:13 Qaradağda 45 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb  |     23:03 “Windows 11”də donmaların səbəbi bəlli oldu  |     22:59 Daha bir ölkə “Eurovision”ı boykot etdi  |     22:51 Elektron siqaret satan şəxs cərimələndi  |     22:46 Kartdan istifadə etmədən pul çıxılır? - “BakıKart” məsələyə aydınlıq gətirdi  |    
Left Banner
Right Banner

Azərbaycanda nazirə iki yeni müavin təyin edilib

29.04.2024 13:35 2 271
Azərbaycanda nazirə iki yeni müavin təyin edilib
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

E.Məmmədov 1987-ci ildə anadan olub, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb. O, 2011-2013-cü illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb, 2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

Ş.Babayev 1988-ci ildə anadan olub, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb, Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür. O, əmək fəaliyyətinə 2011-ci ildə “Sumqayıt Texnologiyalar Parkı” MMC-də başlayıb. 2012-ci ildən “Azərkosmos”da çalışıb, 2021-ci ilə qədər qurumun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib, bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.скачать dle 11.3
Mojo.az Banner