Hacıqabul rayonunda 8 səkkiz kəndi birləşdirən avtomobil yolu yenidən qurulub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |     22:11 Lavrov: Qərblə hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir  |     22:03 Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO  |     21:57 Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb  |     21:45 Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb  |     21:42 Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:31 Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq  |     21:25 “Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq  |     21:17 Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı  |     21:12 Bazar gününə olan hava proqnozu  |     21:08 İndiyə qədər nə qədər ərazi mina və sursatlardan təmizlənib? - MN açıqladı  |     21:01 Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)  |     20:53 Mayın 22-dən 25-dək... - XƏBƏRDARLIQ  |     20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |    

Hacıqabul rayonunda 8 səkkiz kəndi birləşdirən avtomobil yolu yenidən qurulub

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolu yenidən qurulub.

Bu barədə “Report”un Aran bürosuna 20 nömrəli yol-istismar idarəsinin baş mühəndisi Əlnaib Kərimov bildirib.

Ə. Kərimovun sözlərinə görə, sözügedən avtomobil yolu iki ilə yaxındır, bərbad vəziyyətə düşüb. Nəticədə sakinlər yolsuzluqdan əziyyət çəkir, gedəcəkləri ünvana vaxtında çata bilmirdilər. Ölkə başçısının sərəncamı əsasında yolun inşasına başlamaqla, əhalini narahat edən bu problemə son qoyuldu:

“Yol öz başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstanla Dövlət sərhədi avtomobil yolunun 132-ci kilometrindən götürür. Uzunluğu uzunluğu 39 kilometr olan yol 8 yaşayış məntəqəsini birləşdirir. Yolun 22-ci kilometrində Pirsaat çayı üzərində üçaşırımlı 72 paqonometr uzunluğunda körpü tikilib”.

Baş mühəndisin sözlərinə görə, yol 4-cü texniki dərəcəyə uyğun inşa edilib. Yolun hərəkət hissəsinin eni 6 metr, torpaq hissəsi ilə birlikdə isə 10 metrdir. 12500 sakinə xidmət edən, iki zolaqdan ibarət yolda müvafiq yol nişanları quraşdırılıb, suötürücü qurğular tikilib. Qeyd olunan yaşayış məntəqələrinin sakinləri bundan sonra yoldan rahatlıqla istifadə edəcək, kənd təsərrüfatı məhsullarının daşınmasında problemlə qarşılaşmayacaqlar.

Bölgələrimizdə infrastrukturun təkmilləşdirilməsinə istiqamətlənmiş bütün bu işlər Prezident İlham Əliyevin ölkənin kompleks inkişafını müntəzəm diqqətdə saxlamasının daha bir mühüm göstəricisidir. Təsadüfi deyil ki, dövlət başçısı həm işğaldan azad olunmuş ərazilərə, həm də ölkənin digər regionlarına daim səfərlər edir, yerlərdə zəruri infrastruktur layihələrinin icrasına dair müvafiq sərəncamlar imzalayır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            180 11.04.24 14:01