Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir

“Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev “Respublika” qəzeti üçün yazdığı məqalədə bildirib.

O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməklə yanaşı, əməliyyat şəraitinin mürəkkəbləşməsinə səbəb olur:

“Beynəlxalq aləmdə gedən proseslər təbii ki, ölkəmizdən də yan keçmir və o da sirr deyil ki, Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə təhdid riskləri bu gün də var.

Görünən odur ki, respublikamızın dünya miqyasında gündən-günə artan nüfuzu, həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə qazandığı ardıcıl qələbələr, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli şərait bir sıra Qərb ölkələrini, məqsədi bölgədə heç də sülh və sabitliyin təmin edilməsi olmayan və iki dövlətin sərhədində “müşahidə missiyası” adı altında fəaliyyət göstərən dairələri, xüsusilə Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürən, əslində isə birtərəfli mövqe tutaraq uzun illər ərzində Ermənistana himayədarlıq edən, ona hərtərəfli dəstək göstərən Fransanı ciddi narahat edir”, - deyə Əli Nağıyev qeyd edib.

DTX rəisi bildirib ki, Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır.

“Fransa hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət göstərir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyət ifşa olunaraq dərhal və operativ şəkildə zərərsizləşdirilib, zəruri və adekvat addımlar atılıb.

Əməliyyat şəraiti daim nəzarət altında saxlanılmaqla dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlərin qabaqlanması və qarşısının alınması istiqamətində müvafiq tədbirlər bundan sonra da görüləcək.

Biz yeni çağırışlara və bölgəmizdə cərəyan edən mənfi təzahürlü proseslərin hər cür ssenarisinə daim hazır olmalı, təhlükəsizliyin etibarlı şəkildə təmin olunması məsələsində ayıq-sayıqlığımızı əldən verməməliyik”, - deyə Əli Nağıyev yazıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            765 28.03.24 12:23