Argentina Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 British Shorthair pişiyini saxlamaq neçəyə başa gəlir?  |     22:47 “Samsung” “Apple”ı geridə qoyaraq dünya lideri oldu  |     22:39 Dırnaqların görünüşünə görə xəstəliyi necə təyin etmək olar?  |     22:30 Uşaqlar üçün ağıllı saatlar - Valideynlər övladlarının hərəkətlərini izləyəcəklər  |     22:25 Misir fironu Ramzesin qalıqları tapıldı  |     22:19 Qlobal istiləşmə beyin sağlamlığına ziyan vurur - ARAŞDIRMA  |     22:08 İsmayıllıda icra nümayəndəsi ölüb  |     22:02 Ağsuda qonşu qonşunu güllələdi  |     21:55 Türkiyənin ilk astronavtı qəzaya düşdü  |     21:47 İyunun havası: Temperatur 39 dərəcəyə yüksələcək  |     21:38 Taksi sürücüləri niyə imtahan verməlidir?  |     21:33 Aptek vitaminləri immuniteti möhkəmləndirmir  |     21:29 Bu şəxslər 12 min manat cərimələnəcək  |     21:16 Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb  |     21:10 Ekspert: Ukrayna Rusiyaya “F-16”larla zərbələr endirə bilər  |     21:03 "İmişli" klubu Əsgər Abdullayevlə yolları ayırıb  |     20:57 Aİ Rusiyaya yardım etdiyinə görə Şimali Koreyadan olan 9 nəfər və təşkilata qarşı sanksiya tətbiq edib  |     20:54 Bu ölkələr Ukraynaya 17 milyardlıq yardım göndərdi  |     20:51 İranda prezidentliyə namizəd olmaq istəyən yeddi iddiaçının adı açıqlanıb  |     20:39 Güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ  |    

Argentina Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Argentina Respublikasının Prezidenti Xavyer Miley Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Median.Az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu yaxınlarda ölkələrimizin xarici işlər nazirləri arasında ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən olduqca məhsuldar telefon danışığının baş tutması məni çox məmnun etmişdir.

Əlaqələrimizin özülünü təşkil edən dostluq və hörmət prinsiplərinə əsaslanaraq, ölkələrimizin rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığımızı və iqtisadi əlaqələrimizi gücləndirmək məqsədilə səylə işləməkdə davam edəcəyimi bir daha vurğulamaq istəyirəm.

Sizə yeni prezidentlik dönəminizdə bir daha ən səmimi təbriklərimi çatdırır və fürsətdən istifadə edərək, dərin hörmət və ehtiramımı ifadə edirəm.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            381 23.03.24 22:45