Azərbaycan QHT-ləri Metsamorla əlaqədar Nüvə Enerjisi Sammitinin rəhbərliyinə çağırış ediblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycan QHT-ləri Metsamorla əlaqədar Nüvə Enerjisi Sammitinin rəhbərliyinə çağırış ediblər

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri bu gün Brüsseldə işə başlayan Nüvə Enerjisi Sammitinin həmsədrləri - Belçikanın Baş naziri Aleksandr De Krooya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossiyə açıq məktub göndəriblər.

Həmin məktubda deyilir:

“Biz, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, elm xadimləri olaraq, Brüsseldə işə başlayan Nüvə Enerjisi Sammitinin həmsədrləri - Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossiyə müraciət edərək, onları Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırırıq.

Köhnə texnologiya ilə işləyən, 9,5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8,0 bala hesablanmış Metsamor AES Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaradır. Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır. Hər keçən gün bu risk daha da böyüyür. Metsamor AES-i istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə, Ermənistan hakimiyyəti hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışır.

Metsamor AES-in maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir.

Metsamordan qaynaqlanaraq bəzi nüvə materialının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur. Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbə mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə istifadə edilməsi ehtimalını artırır.

Metsamor AES-in tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və digər aidiyyəti beynəlxalq qurumları bu sahədə əsas təsirlənən ölkə kimi Azərbaycanla sıx əməkdaşlığa çağırırıq.

Öz xalqının və region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə Metsamor AES-in fəaliyyətini dayandırmağa məcbur edilə bilər. COP28-dən irəli gələn məqsədlərə çatmağı əsas istiqaməti kimi müəyyən edən Nüvə Enerjisi Sammiti bu baxımdan əlverişli platforma kimi çıxış edir. COP29-a ev sahibliyi edəcək Azərbaycan ictimaiyyətinin də gözləntisi budur”.

Açıq məktubu aşağıdakı Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri imzalayıblar:

Fəqan Əliyev - Beynəlxalq Ekoenergetika Akademiyası;

İslam Mustafayev - “Rüzgar” Ekoloji İctimai Birliyi;

Sabit Bağırov - Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu;

Həsənov Mirhəsən - “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi;

Eyvaz Əsgərov - “Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri” İctimai Birliyi;

Firuzə Sultanzadə - “EkoSfera” Sosial Ekoloji Mərkəzi;

Gülşən Axundova - “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyi;

Pərvanə Vəliyeva - “Sağlamlığa Xidmət” İctimai Birliyi;

Müslüm Qurbanov – “Ecoil” Elmi Ekoloji İctimai Birliyi;

Rövşən Abbasov - “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi;

Zurab İsrafilov - “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İctimai Birliyi;

Məryəm Məcidova - Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyi;

Zaur İbrahimli - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi;

Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu;

İsrayıl İsgəndərov - “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi;

Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi;

Günel Səfərova - “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri;

Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi;

Əhməd Abbasbəyli - “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyi;

Elçin Muxtarlı - “Sağlamlığa Xidmət” İctimai birliyi;

Amin Məmmədov - “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi;

Elman Cəfərli - “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi;

Qorxmaz İbrahimli - Biosfer İctimai Birliyi;

Qəmzə Yusubova - Ekoloji Maarifçilik və Monitorinq ictimai birliyi;

Rahilə Mehtiyeva - “Sosial - İqtisadi və Ekoloji İnkişaf” ictimai birliyi;

İradə Həsənova- “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi;

Tükəzban Ağababayeva - Eko Hab Ekoloji Təşəbbüslərə Dəstək;

Sevil İsayeva - Ekoleks Ekoloji Hüquqi Mərkəzi İctimai Birliyi;

Rüstəm Məlikov - “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi;

Əzizağa Hünbətəliyev - Mühit Ekoloji Mühafizə İctimai Birliyi;

Yazgül Abdıyeva - “Sağlamlığın Qorunması” ictimai birliyi;

Əyyub Kərimli - İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi;

Təvəkkül İsgəndərov - “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi;

Cəsarət Hüseynzadə - “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            804 21.03.24 17:50