Azərbaycanın “ASAN Viza” sistemi Pakistan vətəndaşları üçün viza müraciəti prosesini sadələşdirir.
Məlumata görə, üç mərhələli proses onlayn müraciəti, təhlükəsiz şəkildə ödəniş edilməsini və elektron vizanın yüklənməsini əhatə edir: “Sistem ərizəçilər üçün səmərəliliyi və rahatlığı artırmaq üçün nəzərdə tutulub.
Bu sistemi Azərbaycan hökuməti beynəlxalq turizmi inkişaf etdirmək və mədəni mübadiləni təşviq etmək məqsədi ilə təqdim edib. Adi e-Viza üçün dövlət rüsumunun məbləği 26 ABŞ dolları, təcili elektron viza üçün isə 61 ABŞ dolları təşkil edir. Adi vizanın baxılma müddəti üç iş günü, təcili viza üçün isə üç saatdır. Bu təşəbbüs Pakistan vətəndaşlarına Azərbaycanın zəngin tarixini və müxtəlif mənzərələrini araşdırmaq imkanı verir".
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana 167 ölkədən 341 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Pakistandan Azərbaycana gələnlərin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28 % artıb.
Mənbə: samaa.tv