Baş nazir azad edilən ərazilərdəki əsas prioritetlərdən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Baş nazir azad edilən ərazilərdəki əsas prioritetlərdən danışdı

“Azad olunmuş ərazilərin bərpası, müdafiə və milli təhlükəsizlik əsas prioritetlərdir”.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında hökumətin hesabatı zamanı deputatların suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ötən il deputatlar tərəfindən qaldırılmış məsələlərin bir hissəsi həllini tapıb, bir hissəsinin həllinə başlanılıb və işlər davam edir: “Yerdə qalan işlər də mərhələlərlə görüləcək. Məsələn, qəzalı binalar Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi arayışı ilə üç kateqoriyaya bölünüb və ən çətin vəziyyətdə olanlar birinci mərhələdə həll olunur. Sumqayıtda və Mingəçevirdəki ən çox qəzalı vəziyyətdə olan yataqxanaların sakinləri artıq köçürülüb. Yeni yataqxanaların tikilməsi də planda var”.

Baş nazir deyib ki, bütövlükdə ölkə üzrə 660 məktəbin təmirinə ehtiyac var: “Onlar da Elm və Təhsil, həmçinin Fövqəladə Hallar nazirlikləri ilə müzakirə olunaraq mərhələlərlə həll olunacaq. Eyni mərhələli yanaşma bütün infrastruktur məsələlərinə-qazlaşdırma, elektrik təminatı, yol və s. də aiddir. Mən söz vermirəm ki, deputatların qaldırdıqları bütün məsələlərin hamısı bir ildə həll olunacaq. Ancaq bütün burada qaldırılan məsələlər hökumətin gündəlik fəaliyyətinin predmetidir və mərhələlərlə ən zəruri işlər önə çəkilməklə görülür.

“Quru sərhədlərin bağlanması ilə ÜDM-in səviyyəsini əlaqələndirməyə gəldikdə isə faktlar göstərir ki, onlar arasında birbaşa əlaqə yoxdur. Məsələn, quru sərhədlər 2020-ci ilin 1ci rübündə bağlanıb. Amma, 2021-ci ildə ÜDM-in artımı 5.6%, 2022-ci ildə isə 4.6 % olub. Azərbaycanda 2023-cü ildə ÜDM-in artımının 1.1% olması ilə bağlı deyə bilərəm ki, BVF-nin qiymətləndirməsinə görə 2023-cü ildə avrozonada ÜDM-in artımı 0.5-0.6%-dir. 2023-cü ildə inkişaf etmiş ölkələr üzrə artım tempi 1.6% olub. Dünya Bankının proqnozuna görə Azərbaycanda 2024-25-ci illərdə 2.5% orta iqtisadi artım gözlənilir. BMT isə 2.6-2.8% proqnozlaşdırır. Dünya üzrə isə 2024-25-ci illərdə orta artım proqnozu 2.6%-dir. Avrozona üzrə isə bu göstərici 1.2%-dir. Göründüyü kimi Azərbaycan dünya üzrə orta tempdən geri qalmır. Hazırda neft hasilatının enmə dövrünün sabitləşdirilməsi üzərində iş gedir”, - Ə.Əsədov qeyd edib.

Baş nazir vurğulayıb ki, Azərbaycan azad olunmuş əraziləri öz gücünə bərpa edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            516 15.03.24 20:42