Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Faiq Quliyev və Aşot Smbatyanla görüşüb.
"Report" "Sputnik Georgia"ya istinadən xəbər verir ki, Baş nazir səfirlərlə regiondakı mövcud vəziyyəti müzakirə edib.
Görüş zamanı sülh və sabitliyin vacibliyi vurğulanıb.
Baş nazir onlarla strateji tərəfdaşlıq, ölkələr arasında sıx dostluq münasibətlərindən, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən də danışıb.