Rəsmi Bakı Avropa Parlamentinin qətnaməsini rədd edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Rəsmi Bakı Avropa Parlamentinin qətnaməsini rədd edir

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” üzrə qəbul edilmiş qətnaməyə münasibət bildirib.

O, bununla bağlı yerli mətbuatın sualına cavab olaraq danışıb.

“Ölkəmizə qarşı müddəaların əks olunduğu “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı” qətiyyətlə pisləyir və rədd edirik.

Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır.

Təəssüf ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz yanaşmanın əksi olan bu hesabat, həm də Avropa Parlamentinin üzvlərinin populist siyasətin əsiri olduqlarını, həmçinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir.

Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir.

Nə qədər ki, Avropa İttifaqı öz qurumlarında baş verən bu özbaşınalığa son qoymayacaq, qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcək”, - XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, Avropa Parlamentinin plenar sessiyasında, qurumun Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı məruzəçi Devid Mak Alister tərəfindən hazırlanmış “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat” qəbul edilib. Hesabatda, Azərbaycana qarşı bir sıra iddialar səslənib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 236 29.02.24 16:43