Aımaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann COP29-un keçirildiyi ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün imkan yarandığını deyib.
“Report”un məlumatına görə, bunu səfir fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Nümayəndə heyətinin adından çıxış edən səfir qeyd edib ki, sülh müqaviləsinin imzalanması sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir.
Səfir vurğulayıb ki, Azərbaycan Prezidentinin də inauqurasiya çıxışında dediyi kimi iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır.