Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində sülh sazişi üzrə irəliləyişə nail olacaqlarına ümidvar olduğunu bildirib.
O, bu barədə Afinada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşdə deyib.
“Siz bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü gözlənilir. Ümid edirəm ki, bu görüş nəticəsində irəliləyiş əldə olunacaq”, - deyə Paşinyan qeyd edib.
Mənbə: TASS