Rumıniyada Xocalı soyqırımı anılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Rumıniyada Xocalı soyqırımı anılıb

Rumıniyada Xocalı soyqırımı anılıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən paytaxt Buxarestdə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Rumıniya parlamentinin deputatları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Türkiyə Respublikasının və Türkmənistanın Rumıniyadakı səfirləri, ümumilikdə Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, ziyalılar, iş adamları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, yerli jurnalistlər iştirak ediblər.

Anım mərasimində çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov bu il Azərbaycan xalqının Xocalı faciəsinin ildönümünü fərqli mühitdə qeyd etdiyini vurğulayıb. İlk dəfə olaraq bütün ölkə ərazisində suverenliyin bərpa olunduğu və Xocalıda da üçrəngli bayrağımızın dalğalandığını söyləyən səfir, Azərbaycan dövlətinin cinayətkarların cəzasız qalmaması istiqamətində işlərini davam etdirdiyini diqqətə çatdırıb.

"Xocalı cinayətkarlarının artıq bir hissəsi cinayət məsuliyyətinə cəlb olunub və məhkəmə qarşısında cavab verməyə məcbur ediləcəklər”, - diplomat əlavə edib.

Daha sonra Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan çıxış edərək, dünya ictimaiyyətinin uzun illər Xocalı soyqırımına səssiz qaldığını söyləyib. Azərbaycanın öz problemini hər zaman öz gücünə həll etdiyini və bütün bu müddət ərzində Türkiyənin hər daim qardaş Azərbaycanın yanında olduğunu, bundan sonra da "iki dövlət, bir millət" şüarı altında hər zaman bir-birinə dəstək olacağını söyləyib.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib, eyni zamanda, soyqırımı barədə fotosərgi təşkil olunub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            828 26.02.24 23:06