Fövqəladə Hallar Nazirliyinin (FHN) Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
“Qaynarinfo”nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən idarəyə rəis əvəzi daxili xidmət mayoru Əli Quliyev gətirilib.
Qeyd edək ki, FHN-nin Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi polkovnik Zaur Zeynalov vəzifəsindən azad edilib. Buna idarədə ciddi maliyyə pozuntularının aşkarlanmasının səbəb olduğu deyilir.