Milli Məclis “Əli Əsədovun Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxıb.
İclasda deputatların təkliflərindən sonra Əli Əsədovun baş nazir təyin edilməsinə razılıq məsələsi səsverməyə qoyulub.
Milli Məclis Əli Əsədovun baş nazir olmasına razılıq verib.
Bildirək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.
Əli Əsədov 2019-cu ilin 8 oktyabrından baş nazir vəzifəsini icra edir.
* * * * *
Milli Məclisin iclasında “Əli Əsədovun Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxılır.
Təqdimat Prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olub.
Bildirək ki, Əli Əsədov 2019-cu ilin 8 oktyabrından baş nazir vəzifəsini icra edir.
* * * * *
Bu gün Milli Məclisin iclası keçiriləcək.
İclasda Prezident İlham Əliyevin baş nazirin təyin olunması üçün təqdimatına baxılacaq.
Qeyd edək ki, Milli Məclis Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.
Bildirək ki, Azərbaycanda Nazirlər Kabineti 2024-cü ilin fevralın 14-də istefa verib. Bu, növbədənkənar prezident seçkisindən sonra tələb olunan prosedurla əlaqədardır.