Ermənistan parlamentinin spikeri Alen Simonyan və Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.
Ermənistan mediasının məlumatına görə, bu barədə Simonyan çexiyalı həmkarı ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz ölkələrimiz arasında əlaqələrin inkişafı, ticarət dövriyyəsi, müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini müzakirə etdik. Bundan başqa regional məsələlər, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsi ətrafında fikir mübadiləsi apardıq”, - deyə o qeyd edib.