Polşalı politoloq: “Paşinyan öz maraqlarına görə Cənubi Qafqazda sülhü qurban verir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Polşalı politoloq: “Paşinyan öz maraqlarına görə Cənubi Qafqazda sülhü qurban verir”

Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesini sürətləndirmək məqsədi daşımır, əksinə, bu, sırf onun şəxsi maraqları naminə edilib.

Bu barədə “Report”a polşalı politoloq, Beyrutdakı Sent-Jozef Universitetinin Tarix və beynəlxalq münasibətlər fakültəsinin professoru Yakub Koreyba deyib.

Onun sözlərinə görə, rəsmi İrəvanın Azərbaycanı hücum etməmək haqqında qarşılıqlı pakt imzalamağa dəvəti qarşılıqlı öhdəlikləri qəbul etməyə deyil, daha çox Paşinyanın siyasi baxımdan sağ qalmasına yönəlib:

“Onun üçün bu, özünə vaxt qazanmaq və məğlubiyyətin rəsmi etirafından qaçmaq şansıdır”.

Cənubi Qafqaz regionunda mövcud vəziyyəti şərh edən ekspert vurğulayıb ki, sülh sazişinin imzalanması yeganə ağlabatan seçimdir və onun alternativi yoxdur:

“Alternativ müharibədir ki, bu da bütün tərəflər üçün daha pis nəticələrə gətirib çıxaracaq. Xüsusən də nə fiziki, nə maddi gücü və vasitələri olan ermənilər üçün mənfi nəticələnəcək”.

Politoloq prosesin ləngiməsinə baxmayaraq, nəhayət Cənubi Qafqazda sülhün bərqərar olacağını vurğulayıb:

“Artıq Qarabağa sülh gəlib. Yəni regionda yeni reallığın olması yaxşıdır. Sülh Cənubi Qafqazın bütün ölkələrinə fayda gətirəcək və üstəlik, regiona xas olan böyük potensialı reallaşdıra biləcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 221 30.01.24 19:44