Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fələstinli həmkarı Riyad əl-Maliki ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib.
Görüş Azərbaycan nazirinin Uqandaya işgüzar səfəri çərçivəsində baş tutub.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik sahəsində son hadisələri, Azərbaycan və Fələstin arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, Əl-Maliki ilə görüşündə Qəzzada atəşkəsin vacibliyini və Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun ədalətli həllinə dəstəyini təsdiqləyib.