Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Şəhidlər xiyabanını ziyarət edib, burada 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib.
Median.Az bu barədə diplomatik missiyanın mətbuat xidmətinə istinadən xəbər verir.
“Qazaxıstanın Dekabr Hadisələri və Azərbaycanın Qanlı Yanvarı qardaş xalqlarımızın ədalətə və azadlığa can atmasından doğan istiqlal yolunun önəmli mərhələləridir. Allah şəhidlərimizə rəhmət eləsin”, - məlumatda qeyd edilib.