Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə ediblər.
Nazir müavini nizamlanma üzrə üçtərəfli işin tez bir zamanda bərpa olunmasının vacibliyini vurğulayıb.
“Söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki vəziyyət ətraflı müzakirə edilib. Qaluzin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər toplusu əsasında bu sahədə üçtərəfli işin tezliklə bərpasının təcili zəruriliyini vurğulayıb”, - görüşün yekunları ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan xəbərdə deyilir.
Bildirilir ki, görüş Ermənistan səfirinin xahişi ilə baş tutub.