Azərbaycan XİN səfirliklərdə Prezident seçkisinə hazırlıqla bağlı görülən işləri açıqlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycan XİN səfirliklərdə Prezident seçkisinə hazırlıqla bağlı görülən işləri açıqlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlardan ibarət seçici siyahılarını hazırlayaraq Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək. MSK-ya təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-19:00 aralığında seçki məntəqələri yaradılmış diplomatik missiyalarında keçiriləcək növbədənkənar Prezident seçkisi Azərbaycanın Çindəki səfirliyindən başlayaraq ABŞ-nin Los Anceles şəhərindəki Baş Konsulluqda tamamlanacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 611 12.01.24 19:12