İsveçrə Teleradiosunda “Cənubi Qafqazda tezliklə sülh olacaqmı?” sərlövhəli reportaj yayımlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

İsveçrə Teleradiosunda “Cənubi Qafqazda tezliklə sülh olacaqmı?” sərlövhəli reportaj yayımlanıb

İsveçrə Teleradiosunun (SRF) əsas xəbər buraxılışında Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları və yaxın gələcəkdə regionda əmin-amanlığın tam bərqərar olmasına dair geniş reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, “Cənubi Qafqazda tezliklə sülh olacaqmı?” sərlövhəli reportajda 30 il davam edən münaqişə və müharibələrdən sonra Cənubi Qafqazın 2024-cü ildə sülh və əmin-amanlığa ümidlə baxdığı ifadə olunub. Teleaparıcı Azərbaycana səfər etmiş çəkiliş heyətinin reportajından öncə bildirib ki, ötən ilin sentyabrında Azərbaycan Qarabağda suverenliyini tam bərqərar etdikdən sonra Azərbaycan və Ermənistan arasında sərhəd və yaşayış məntəqələri ilə bağlı aparılan danışıqlarda aşkar şəkildə yaxınlaşma müşahidə olunur. Diqqətə çatdırılıb ki, Qarabağda yaşayan ermənilər ərazini tərk etdikdən sonra hazırda aparılan sülh danışıqları yeni yaranmış güc nisbətini təsbit etməlidir.

Reportajın ilk kadrları isə böyük tikinti meydançasını xatırladan Füzuli şəhərindən başlayır. Aparıcı Filipp Zahn bildirir ki, 30 il xarabalıqlar içində qalan Füzulidə bu gün həyat yenidən qaynamaqdadır. Birinci Qarabağ müharibəsi zamanı buranı işğal edən və bütün azərbaycanlıları dədə-baba torpaqlarından qovan Ermənistan üç il bundan əvvəl baş vermiş və böyük itkilərlə nəticələnən müharibədə bu ərazilərdən geri çəkilməli oldu.

Reportajda quruculuq işlərini çətinləşdirən amillər, xüsusilə də ərazilərin minalardan çirklənməsi probleminə də toxunulub. Bildirilib ki, mina problemi bərpa və quruculuq işlərini çətinləşdirir. Lakin indiyədək Füzulinin 30 faizi minalardan təmizlənib və bu istiqamətdə fəaliyyət yüksək templə davam etdirilir. Azərbaycan hökuməti qısa müddət ərzində bu şəhərdə minədək mənzil inşa edib və hər ay öz yurdlarına geri dönən azərbaycanlı ailələrə mənzillərin açarları təqdim olunur. Bununla da Azərbaycanın verdiyi mesaj tam aydındır: Ermənistan nə Füzulidə, nə də Qarabağın başqa ərazilərində ərazi iddiaları ilə çıxış edə bilər. Eyni zamanda, erməniəsilli əhali Azərbaycan vətəndaşlığını qəbul etmək şərti altında yenidən həmin ərazilərə qayıdıb yaşaya bilər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev SRF-ə müsahibəsində bildirib ki, Azərbaycanın istəyi bütün Cənubi Qafqazın mənzərəsini dəyişməkdir: “Bu regionun adı gələcəkdə müharibə və münaqişələrlə deyil, şanslar, işgüzar əlaqələr, inkişaf və rifahla bağlı hallanmalıdır”.

Aparıcı qeyd edir ki, Bakıda, Azərbaycan Prezidentinin Administrasiyasında yüksək səviyyədə özünəinam hökm sürür, çünki Xəzər dənizi sahilində yerləşən bu metropol bütün regionun iqtisadi mühərrikidir. Rusiyaya qarşı tətbiq edilən embarqolardan sonra isə zəngin neft və qaz ehtiyatlarına malik Azərbaycan Avropa üçün vazkeçilməz tərəfdaşa çevrilib.

Reportajda Prezident İlham Əliyevin ötən il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltdığı kadrlara da yer verilib. Bildirilib ki, Azərbaycanın dövlət bayrağını Qarabağda ucaldan Prezident İlham Əliyevin güclü müttəfiqləri var və onların arasında Azərbaycanı illərdən bəri hərbi və geosiyasi müstəvilərdə dəstəkləyən Türkiyə xüsusi yer tutur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 527 06.01.24 17:41