Polis bölmələrində qeydiyyatdan çıxarılan vətəndaşlar səsvermədə necə iştirak edəcəklər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Polis bölmələrində qeydiyyatdan çıxarılan vətəndaşlar səsvermədə necə iştirak edəcəklər?

Paytaxtda polis bölmələrində müvəqqəti qeydiyyatda olan vətəndaşlar son günlər qeydiyyatda olduqları ünvandan çıxarıldıqlarına dair paylaşımlar edirlər. Onlar, xüsusilə də, fevralın 7-də keçiriləcək prezident seçkisində səsvermə hüquqları ilə bağlı məsələnin hansı formada həll olunacağını öyrənmək istəyirlər.

Qanunla qeydiyyatda olmayan şəxslərin şəxsiyyət vəsiqələri səsvermə üçün aktiv hesab olunmur.

Bəs bu vətəndaşlar seçki günü necə səs verəcəklər? Onların adına olan bildiriş vərəqələri hara və necə göndəriləcək?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əhalinin təhlükəsizliyinin təminatına dair keçirilən onlayn formatda əməliyyat müşavirəsi zamanı bu məsələyə də baxılıb:

“Əməliyyat müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilə bağlı vətəndaşların seçki hüququnun təmin olunması məsələləri də müzakirə edilib.

Belə ki, seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verilib. Mövzu ilə əlaqədar nazirliyə ünvanlanan müraciətlər qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğu təmin edilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 010 06.01.24 17:21