Bu gün Azərbaycanda müstəqillik referendumunun keçirilməsindən 32 il ötür.
1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan 1918-ci ilin 28 mayında ilk müstəqilliyini əldə edib. 1991-ci ilin 18 oktyabrında isə müstəqilliyini bərpa edib.
Azərbaycanda 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.