Kadr islahatı hər bir qurum üçün əsas istiqamətdir.
Median.Az axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, XİN-də ciddi islahatlar həyata keçirilib:
"İşə qəbul prosesinin ikinci mərhələsinin yekun mərhələsindəyik. Birinci mərhələdə 65 nəfər nazirlikdə işə qəbul hüququnu əldə edib".
Nazirin sözlərinə görə, gənc diplomatların xeyli hissəsi xarici diplomatik missiyalara göndərilib:
"Gənc istedadlı kadrların olması bizi daha da ruhlandırır. Hələ də kifayət qədər vakansiya var. 60-70 nəfər gənci həmin vakant yerlərdə görməkdən şad olacağıq".