İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər paketi alıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “AzTV”yə müsahibəsində bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb:
“Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq”, - deyə XİN rəhbəri bildirib.