Cəmilə Ələkbərova Fransa siyasəti barədə: “İkili standartlar göz qabağındadır” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Cəmilə Ələkbərova Fransa siyasəti barədə: “İkili standartlar göz qabağındadır” - VİDEO

“Bütövlükdə bir çox Aİ ölkələri kimi Fransa da öz bəyanatları ilə bu “demokratiyanın sütunları”nın ikili standartlar siyasəti yeritdiyini iddia edənlərin doğruluğunu bir daha sübut edir. İndi baş verənlər bunun əyani təsdiqidir”.

Bu barədə Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova CBC telekanalının efirində bildirib.

O, Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi parkın ətrafında yaranmış vəziyyəti şərh edib və qeyd edib ki, bu işdə ən önəmli iş medianın, həmçinin diplomatların üzərinə düşür.

“Fransanın hazırkı fəaliyyəti beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir. Yalnız maarifləndirmə kampaniyası ilə Azərbaycan tərəfinin həqiqətə uyğun mövqeyini dünya ictimaiyyətinə çatdırmaq mümkün olacaq”, - deyə C.Ələkbərova bildirib.

Baş redaktor qeyd edib ki, onlar ölkəmizi qanun pozuntuları ilə ittiham eləməzdən əvvəl öz problemlərini düşünsünlər.

“Bilirsiniz, burada prezidentimiz İlham Əliyevin 44 günlük Vətən Müharibəsi zamanı BBC-yə verdiyi müsahibəni xatırlatmaq yerinə düşər. Jurnalistin guya “mövcud senzura” ilə bağlı ittihamlarına cavab olaraq dövlət başçısı jurnalist Culian Assanjın adını çəkib və Assanjla bağlı baş verənləri elə söz azadlığının pozulması adlandırıb. Bundan sonra jurnalist özünü itirir və söhbətin mövzusunu dəyişməyə çalışır.

Həqiqətən də, kimisə hər hansı qanun pozuntusunda ittiham etməyə çalışmazdan əvvəl gərək özünə baxasan. İkili standartlar göz qabağındadır”, - deyə C.Ələkbərova bildirib.

Daha ətraflı videoda:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 560 23.12.23 18:51