Mənim özümə şəxsən çoxlu məktublar gəlib Şuşada, Xankəndidə səs vermək istəyənlər var.
Median.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, məcburi köçkün seçicilər ona bununla bağlı müraciət ediblər.
Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.