Yaşar Gülər: “Qafqazda təhlükəsizlik Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasından keçir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Yaşar Gülər: “Qafqazda təhlükəsizlik Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasından keçir”

“Bir millət, iki dövlət, bir ordu” şüarı ilə indiyə qədər qət etdiyimiz bu yolda işimizi davam etdirəcəyik”.

Bu açıqlama ilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər çıxış edib.

O qeyd edib ki, Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir.

Yaşar Gülər xatırladıb ki, 2023-cü ildə Türkiyə və Azərbaycan 14 birgə hərbi təlim keçirib”

O qeyd edib ki, Türkiyə bu məqsədlə edilən səmimi səyləri dəstəkləyir və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayır:

“İki ölkə arasında etimadı artıran konkret addımların atılması ilə bağlı son qərardan məmnunuq”.

Nazir, həmçinin noyabrın 27-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan arasında 10-cu Üçtərəfli Müdafiə Nazirləri görüşünün hər üç ölkənin hərbi və təhlükəsizlik məsələləri də daxil olmaqla geniş sahələr üzrə ümumi maraqlarına və gözləntilərinə xidmət etdiyini vurğulayıb. Onun sözlərinə görə, regional sabitlik üçün səylər bundan sonra da davam edəcək.

Mənbə: Bursa.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 407 16.12.23 22:31