Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) yekun sessiyasının plenar iclasında yekun sənəd qəbul edilib.
“Report”un Dubaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə COP28-in yekun sessiyasının plenar iclasında COP28-in prezidenti Sultan Əl-Cabir bildirib.
“Danışıqlara artıq vaxt yoxdur, hərəkət etmək vaxtıdır. İtki və zərərin qarşılanması üçün Fond çərçivəsində real addımlar atmaq lazımdır”, - Sultan Əl Cabir görüşdə deyib.