Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” hesabında məlumat yayıb.
Bildirilib ki, görüş Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub. Nazirlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.