Braziliya hökuməti Azərbaycan və Ermənistanın yaydığı birgə açıqlamaya münasibət bildirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Braziliya hökuməti Azərbaycan və Ermənistanın yaydığı birgə açıqlamaya münasibət bildirib

Braziliya hökuməti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin Aparatının yaydığı birgə açıqlamaya münasibət bildirib.

Bu barədə Azərbaycan Respublikasının Braziliyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliya hökuməti iki ölkə arasında münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişi əldə etmək niyyətlərini məmnunluqla qeyd edib.

Mətbuat relizində o cümlədən, Birgə Bəyanatda əksini tapmış məhbusların qarşılıqlı azadlığa buraxılması, Ermənistanın Azərbaycanın COP-29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləməsi və iki qonşu ölkə arasında etimadın gücləndirilməsi tədbirləri müsbət hal kimi qeyd olunur. Braziliya tərəfi həmçinin Cənubi Qafqazda dialoqun, əməkdaşlığın və rifahın inkişaf etdirilməsi üçün yeni dövrün başlanmasına təkan vermiş bu təşəbbüsə görə hər iki ölkəni təbrik etmiş və münaqişələrin yalnız beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq diplomatik yollarla həllinin vacibliyini qeyd edib.

Braziliyanın erməni diasporunun sıx məskunlaşdığı və aktiv fəaliyyət göstərdiyi bir Latın Amerikası ölkəsi olmasına baxmayaraq, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhəd toxunulmazlığı Braziliya tərəfindən dəstəklənib. Təsadüfi deyil ki, Azərbaycanın vaxtı ilə işğal olunmuş torpaqlarının tam və qeyd şərtsiz qaytarılmasına dair BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum dörd qətnaməsi 1993-cü ildə Braziliyanın BMT TŞ-da qeyri-daimi üzvlüyü zamanı, hətta 874 saylı qətnamə Braziliyanın BMT TŞ-da sədrliyi dövrünə qəbul edilib.

Braziliya tərəfi həmçinin, bu ilin 16 avqust tarixində BMT TŞ-da keçirilmiş müzakirələrdə ölkəmizə münasibətdə tutduğu mövqeni bir daha sərgiləyib, o cümlədən Ağdam-Xankəndi marşrutunun istifadəsi mümkünlüyünün araşdırılmasına çağırış edib.

Bu il Azərbaycan və Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilir və bu münasibətlə hər iki dövlət başçısı tərəfindən qarşılıqlı olaraq təbrik məktubları ünvanlanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 071 09.12.23 14:09