İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

6-7 dekabr tarixlərində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İraq Respublikasında səfərdə olub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvlərini qəbul edən İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bakıya rəsmi səfərini məmnunluqla xatırlayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri səfər zamanı müzakirə olunacaq məsələləri dövlət başçısının diqqətinə çatdırıb. İkitərəfli münasibətlərin bütün sahələrdə strateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri, dövlət başçılarının birgə səyləri ilə yaradılmış dostluq münasibətləri əsasında inkişaf etdiyi vurğulanıb.

Azərbaycan nümayəndə heyətinin Baş nazir Məhəmməd Şia əl-Sudani, Nazirlər Kabinetinin üzvləri və biznes sənayesinin nümayəndələri ilə görüşləri zamanı beynəlxalq yükdaşımalar, infrastruktur, energetika, hərbi sənaye, təhsil, mədəniyyət, turizm, rəqəmsal hökumət və dövlət xidmətləri sahələrində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Kommunikasiya naziri Hayam Al-Yasiri ilə görüşdə iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarından danışılıb. Azərbaycanda xarici şirkətlər üçün geniş vergi və gömrük güzəştləri təklif edən texnologiya və sənaye parkları barədə məlumat verilib.

İraqın tikinti, şəhərsalma, bələdiyyə və dövlət işləri naziri Bangen Rekani ilə görüşdə Azərbaycan şirkətlərinin İraqda həyata keçirilən tikinti və infrastruktur layihələrində fəal iştirakı müzakirə edilib. İraq tərəfi xüsusilə qeyd edib ki, Azərbaycan şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərində təcrübəsi İraqın yol infrastrukturunun bərpası üçün faydalı ola bilər.

Azərbaycan nümayəndə heyətinin nəqliyyat naziri Rəzzaq Muhaybas Al-Sadavi ilə görüşündə beynəlxalq yük və avtomobil daşımalarının təşkilinin zəruriliyi ilə yanaşı, ticarət, mədəni və turizm əlaqələrinin daha da inkişafı məqsədilə birbaşa aviareyslərin açılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, bu aydan etibarən AZAL Bakıdan Bağdad və Ərbilə, gələn ilin aprelindən isə Bəsrəyə həftədə bir reys həyata keçirməyi planlaşdırır.

İraq baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüş zamanı bu ölkənin SOCAR ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

İraq Respublikasının müdafiə naziri Thabet Muhammad Al-Abbasiyə Azərbaycanın müdafiə sənayesinin potensialı barədə məlumat verilib, ali təhsil naziri Naim Abd Yaser ilə Azərbaycanda ali təhsil alan İraq vətəndaşlarının sayının artırılması müzakirə olunub.

Səfər zamanı, həmçinin, Müdafiə Sənayesi Komitəsinin rəhbəri Mustafa Ati Huseynlə görüş keçirilib. Görüşdə iki ölkə arasında müdafiə sənayesi istiqamətində əməkdaşlıq müzakirə edilib, bu sahədə birgə tədqiqat məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Rabitə və Media Komissiyasının baş icraçı direktoru Ali Hussein Al-Muayedlə görüşdə iki ölkə arasında FM radiostansiyalarının koordinasiyası mövzusu müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın üçüncü iclası da keçirilib. Azərbaycan və İraq dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.

Rəsmi şəxslərlə görüşlərlə yanaşı, Azərbaycan və İraq şirkətlərinin nümayəndələrinin iştirakı ilə biznes forumu keçirilib. Azərbaycan nümayəndə heyəti ölkəmizdə xarici şirkətlər üçün yaradılmış biznes imkanları barədə məlumat verib, İraq şirkətlərini həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. İraq bazarında Azərbaycan investisiyalarının inkişafı müzakirə olunub.

Səfər çərçivəsində hökumətlər arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasının Protokolu, İnformasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və FM radioyayımları üzrə tezlik təyinatlarının koordinasiyası barədə Anlaşma Memorandumu imzalanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            825 08.12.23 16:18