SOCAR və ADNOC arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

SOCAR və ADNOC arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir. Saziş Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində imzalanıb.

Saziş SOCAR ilə ADNOC şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsini, “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur.

Qeyd edək ki, bu ilin avqust ayında ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsi ilə bağlı SOCAR və Fransanın “TotalEnergies” şirkəti ilə Saziş imzalayıb.

COP-28 çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf bir sıra xarici şirkət rəhbərləri ilə görüşlər keçirib.

SOCAR həmçinin “Sirius” beynəlxalq holdinqi ilə də Strateji Əməkdaşlığa dair Saziş imzalayıb.

Səfər çərçivəsindən R. Nəcəfin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşü olub. Görüşdə birgə həyata keçirilən layihələrin Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib, həmçinin əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

“Ernst & Young” şirkətinin qlobal sədr müavini xanım Amy M. Brachio ilə görüşdə bərpaolunan enerji, rəqəmsallaşma, könüllü karbon bazarları sahələrində potensial əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            912 04.12.23 20:11