ATƏT alətlərinin “davamlı aktuallığa” istinadları reallığa uyğun gəlmir.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında bildirib.
“ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə vəzifələndirilmiş yeganə institut idi. Bununla belə, o, illərlə Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu. Əksinə, bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstəmək Ermənistanı daha da cəsarətləndirdi”, - Ceyhun Bayramov vurğulayıb.
Nazir qeyd edib ki, ATƏT həllin bir parçası olmaq şansını itirib və buna səbəb, Ermənistanın, eləcə də müəyyən ölkələrin davranışları olub.