NATO-nun yüksək rütbəli rəsmisi Azərbaycana səfərə gəlib.
Bu barədə ABŞ-nin ölkəmizdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, müvəqqəti işlər vəkili Hüqo Qevara NATO Əlaqələndirici Bürosunun rəhbəri Aleksandr Vinnikov ilə görüşüb.
Qeyd edək ki, NATO Əlaqələndirici Bürosunun mənzil qərargahı Tbilisidə yerləşir.