Qərbi Azərbaycan İcması Paşinyana cavab verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |    

Qərbi Azərbaycan İcması Paşinyana cavab verib

Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü il noyabrın 24-də ictimaiyyətin suallarını cavablandırarkən, qayıdış hüququmuza növbəti dəfə xələl salmağa cəhd etmişdir.

Median.Az
 xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması Ermənistanın Baş Naziri Nikol Paşinyana cavabında bildirib.

"N. Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdış tələblərini müharibəyə hazırlıq kimi qiymətləndirmişdir. Qarabağda ermənilərinin hüquqlarının müdafiəsi bəhanəsi altında Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanın Baş naziri hər şeyi öz arşını ilə ölçür.

Mono-etniklik siyasəti yürüdən Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti və ictimaiyyəti etnik müxtəlifliyi ali dəyər hesab edir.

Ermənistan hökuməti etnik müstəsnalıq kimi irqçi siyasətinə son qoymalı, birgəyaşayış və etnik müxtəliflik dəyərlərinə hörmət etməli və qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına şərait yaratmalıdır", - İcma vurğulayıb.//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 596 24.11.23 22:30