Tokayev: “SPECA ölkələri Avropa ilə Asiya arasında körpüyə çevrilib” » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |    

Tokayev: “SPECA ölkələri Avropa ilə Asiya arasında körpüyə çevrilib”

“BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi proqramına (SPECA) üzv dövlətlər arasında investisiya əməkdaşlığını stimullaşdırmaq üçün alətlərin yaradılmasına xüsusi diqqət yetirmək lazımdır. Bu baxımdan iqtisadi inkişafı və inteqrasiyanı təşviq etmək üçün BMT-nin himayəsi altında SPECA Etimad Fondunun yaradılması aktuallaşır”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə deyib.

Onun fikrincə, region bu gün beynəlxalq nəqliyyat və tranzit marşrutlarının inkişafı və şaxələndirilməsində böyük rol oynayır: “SPECA ölkələri Avropa və Asiya arasında kontinental körpüyə çevrilib”.

“Bu, bizim inkişaf etdirməli olduğumuz böyük üstünlükdür. Biz bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına böyük ümidlər bəsləyirik”, - o qeyd edib.

Onun sözlərinə görə, son 15 ildə Qazaxıstan nəqliyyat infrastrukturuna 35 milyard ABŞ dollarından çox sərmayə qoyub:

“Qarşıdakı üç il ərzində 1300 kilometrdən çox dəmir yolunun çəkilməsi planlaşdırılır. Bu, Çin, Cənubi Asiya, Rusiya və Avropa istiqamətində ötürücülük qabiliyyətini artıracaq”.

Tokayev vurğulayıb ki, Qazaxıstan 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı qarşısına məqsəd qoyub. O, SPECA rəhbərlərini alternativ enerji mənbələrinə keçidlə bağlı birgə səyləri aktivləşdirməyə və Almatıda iqlim məsələləri üzrə Mərkəzi Asiya Layihə Ofisinin yaradılması üzrə Qazaxıstan təşəbbüsünü dəstəkləməyə çağırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 209 24.11.23 17:30