Qırğızıstan Azərbaycanla birgə fondun yaradılmasına böyük ümidlər bəsləyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |    

Qırğızıstan Azərbaycanla birgə fondun yaradılmasına böyük ümidlər bəsləyir

Bişkek Qırğızıstan-Azərbaycan fondunun fəaliyyətinə böyük ümid bəsləyir.

Bu barədə Qırğızıstan Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdrahmanov “Trend”ə bildirib.

O, avqust ayında Azərbaycan və Qırğızıstan hökumətlərarası komissiyası çərçivəsində növbəti görüşün keçirildiyini xatırladıb.

“Biz bu görüşün protokollarına əsas istiqamətləri daxil etdik və nizamnamə kapitalı 25 milyon ABŞ dolları olan Qırğızıstan-Azərbaycan fondunun yaradılması yolu ilə birgə layihələrin maliyyələşdirilməsi mexanizminin yaradılması barədə razılığa gəldik”, - deyə Abdrahmanov bildirib.

Nazir müavininin sözlərinə görə, qərargah Bişkekdə yerləşəcək və yaxın vaxtlarda fondun İdarə Heyətinin üzvlərinin növbəti iclasının keçirilməsi gözlənilir ki, burada iqtisadi məqsədəuyğunluq, səmərəlilik, geri ödəmə və təxirəsalınmazlıq tələblərinə cavab verən layihələrin gələcək birgə maliyyələşdirilməsi müzakirə olunacaq.

“Biz artıq əsas daxili normativ sənədləri və Qırğızıstan-Azərbaycan fondunun hansı sahələrə diqqət yetirəcəyini müəyyən etmişik”, - deyə Kanat Abdrahmanov sözlərini yekunlaşdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            990 24.11.23 12:05