Azərbaycan və Qazaxıstan müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər.
Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev SPECA həftəsi çərçivəsində ölkədə rəsmi səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Nurlanoviç Turısovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qazaxıstanın “Ag Tech” şirkətinin baş direktoru Aleksandr Yuriyeviç Podvalovun da iştirak etdiyi görüşdə şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Görüş zamanı gələcəkdə müdafiə sənayesi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlığın mümkünlüyünə baxılacağına dair razılıq əldə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Qazaxıstan rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Nurlanoviç Turısov Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.