Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə yola düşüb.
Bu barədə Macarıstan baş nazirinin Mətbuat Xidmətinin rəhbəri Bertalan Havaşi məlumat yayıb.
O qeyd edib ki, Baş nazir Viktor Orban İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə cümə günü (25 noyabr) BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb.
“Konfransdan əvvəl Baş nazir Orban Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacaq”, - Mətbuat Xidmətinin rəhbəri qeyd edib.
Mənbə: Origo.hu