Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana ikigünlük səfər edəcək.
Bu barədə Özbəkistan prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda noyabrın 23-dən 24-dək Şavkat Mirziyoyevin Azərbaycanda işgüzar səfərdə olacağı qeyd edilib.
Bildirilib ki, Özbəkistan prezidentinə Azərbaycana səfər etməsi üçün dəvət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən göndərilib.
Həmçinin nəzərə çatdırılıb ki, Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının ilk sammiti keçiriləcək və Şavkat Mirziyoyev sammitdə iştirak edəcək.
Tədbir zamanı Çoxtərəfli Əməkdaşlıq Proqramı çərçivəsində məsələlər, o cümlədən regional layihələrə dəstək üçün Etimad Fondunun yaradılması müzakirə olunacaq.
Mənbə: Upl.uz