2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 26-dək 334 Azərbaycan vətəndaşı minaya düşüb.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X” hesabında yazıb.
O qeyd edib ki, minaya düşən 334 nəfərdən 65-i həyatını itirib, 269 nəfər isə yaralanıb.
Ölənlərdən 50 nəfər mülki vətəndaş, 15 nəfər isə hərbçidir. Yaralananlar arasında isə 105 mülki, 164 hərbçi var.
H.Hacıyev qeyd edib ki, 1991-ci ildən bu günədək 3 413 nəfər mina qurbanı olub. Onlardan 357-si uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır.