“Kreml hələ də Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşü ilə bağlı razılıq əldə edə bilməyib”.
Bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İrəvan və Bakı arasında sülh müqaviləsinin Moskvada müzakirəsinin mümkünlüyü barədə hələlik dəqiq anlaşma yoxdur.
“Rusiya tərəflərlə təmasları davam etdirir”, - deyə o bildirib.
Bundan əvvəl məlum olub ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın sonuna planlaşdırılan Brüssel görüşündən imtina ediblər.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin MDB-nin Bişkek sammitində Moskvanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazır olduğunu və danışıqlara ev sahibliyi edə biləcəyini demişdi.
Mənbə: MK.ru