Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyi 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə qurumun “X” hesabında yazılıb.
“Can Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ürəkdən təbrik edir, Azərbaycan dövlətinə və azərbaycanlı qardaşlarımıza rifah arzulayırıq”, - paylaşımda bildirilib.