BMT komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |    

BMT komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib

Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib.

Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Qeyd edilib ki, icmanın nümayəndəsi Kamal Cəfərov komitənin iclasında iştirak edib.

“İcma sözügedən paralel hesabatında Ermənistanın orada yaşamış azərbaycanlıları qovmaqla paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozması haqqında məlumat vermiş və komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Bu günlərdə komitə Ermənistanın sözügedən paktı icra etməsi ilə bağlı yekun qənaət və tövsiyələrini dərc edib. İcmanın qaldırdığı bir çox iradlar, ələlxüsus, Ermənistanın ayrı-seçkiliyə yol verməsi, milli azlıqların hüquqlarını pozması, mədəni hüquqları pozması və Azərbaycan mədəni irsinin qorunması sahəsində öhdəliklərini yerinə yetirməməsi və qaçqınların hüquqları ilə bağlı öhdəliklərinə biganə yanaşması ilə bağlı qaldırdığı məsələlər komitənin yekun sənədində öz əksini tapıb.

Komitə Ermənistanı milli azlıqlara məxsus və hazırda yox olmaq təhlükəsi ilə üzləşən mədəni və dini abidələrin reyestrini aparmaq, lazımi miqdarda maliyyə vəsaiti ayırmaqla və digər müvafiq tədbirlərlə onları qorumaq üçün tədbirlər görməyə çağırmışdır.

Komitə, həmçinin Ermənistanın qanunvericiliyi və praktikasının milli azlıqların və qaçqınların hüquqlarını pozduğunu bildirib və Ermənistandan bu sahədə vəziyyəti düzəltmək üçün zəruri tədbirlər görməyi tələb edib.

Komitənin sənədində Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin öz əksini tapması Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarla qorunan hüquqlarının bərpa edilməsi istiqamətində mühüm addımdır. İcma bu istiqamətdə səylərini davam etdirəcək”, - deyə məlumatda vurğulanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            774 18.10.23 12:36