Qərbi Azərbaycan İcması Roma Papasını Ermənistana təzyiq göstərməyə çağırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |    

Qərbi Azərbaycan İcması Roma Papasını Ermənistana təzyiq göstərməyə çağırıb

Qərbi Azərbaycan İcması Roma Papasını Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırıb.

Bu barədə icmanın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Roma Papası Fransisk 2023-cü il oktyabrın 15-də verdiyi bəyanatında Azərbaycanın Qarabağ bölgəsindəki xristian dini abidələrinin qorunmasına dair çağırış etmişdi.

“Bununla əlaqədar olaraq, xatırlatmaq lazımdır ki, Azərbaycan dövləti Qarabağ bölgəsinin Ermənistanın işğalından azad edilməsindən sonra orada olan bütün ibadət yerlərini və digər abidələri dini mənsubiyyətindən asılı olmayaraq etibarlı mühafizə altına alıb və Ermənistan tərəfindən dağıdılmış olanların təmirinə başlayıb.

Bu mənada Roma Papasının Qarabağda hazırda heç bir təhlükə olmayan xristian dini abidələri ilə bağlı çağırış etməsi üçün heç bir əsas yoxdur. Əksinə, Roma Papasının Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində 65 məscidi, eləcə də Ermənistan ərazisində 200-dən artıq məscidi və çoxsaylı digər mədəni və dini abidələri dağıtmasına münasibət bildirməsinə böyük ehtiyac var.

Bu müstəvidə, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistan ərazisindəki Azərbaycan dini ibadət yerlərini və yaxınlarının qəbirlərini ziyarət etməsinə yardım etmək xahişi ilə Roma Papasına 2023-cü il iyunun 12-də etdiyi və cavabsız qalmış müraciəti bir daha yada salır.

Qərbi Azərbaycan İcması dinlərarası dialoqun müdafiəçisi kimi Roma Papasına bir daha müraciət edərək, onu Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır”, - deyə bəyanatda vurğulanır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 422 16.10.23 13:17