Hesablama Palatasının hesabatı Milli Məclisin plenar iclasına tövsiyə edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:32 Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb  |     21:21 Təyyarə qəzasında həlak olan tələbə evin tək UŞAĞI İMİŞ (VİDEO)  |     21:01 Təyyarənin qara qutusu tapıldı  |     20:45 Tiktoker qardaşlar da həbs olundu  |     20:30 Təyyarə son yoxlamadan nə vaxt keçmişdi? - RƏSMİ AÇIQLAMA  |     20:06 Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub  |     19:55 Təyyarə qəzasında ölənlərin sayı açıqlandı  |     19:36 Azər Zahid HƏBS EDİLDİ  |     19:15 Qəzaya uğrayan Azərbaycan təyyarəsində iki çeçenistanlı uşaq olub  |     19:10 Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş  |     18:47 Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan mühafizəçinin məhkəməsi: "Burnu qanayırdı"  |     18:39 Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili tibbi yardım briqadası hazır vəziyyətə gətirildi  |     18:04 Azərbaycanda sabiq deputat vəfat etdi  |     17:23 İmişlidə istixana yanır  |     16:52 Azərbaycanda matəm elan olundu  |     16:21 AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanıldı - FOTO  |     16:15 Azərbaycan rəsmiləri Qazaxıstanda təyyarə qəzasının baş verdiyi əraziyə gediblər  |     16:12 Astana sakinləri Azərbaycan səfirliyinə gül dəstələri gətirirlər  |     15:58 Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər (YENİLƏNİR)  |     15:56 Maqnit qasırğası gözlənilir: Neçə gün davam edəcək?  |    

Hesablama Palatasının hesabatı Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 4 məsələyə baxılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, öncə gündəlikdəki qanun layihələri müzakirəyə çıxarılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsi texniki xarakterli düzəlişləri nəzərdə tutur.

Komitə üzvləri bu sənədlərin üçünü də Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”a baxılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın tövsiyəsi ilə ilk dəfədir ki, Hesablama Palatasının hesabatı parlamentdə yalnız bir komitə çərçivəsində deyil, geniş tərkibdə müzakirəyə çıxarılır. Müzakirələrin əhatəliliyini artırmaq və keyfiyyətini daha da yüksəltmək, həmçinin ictimailiyi təmin etmək məqsədilə 6 komitə sədri və onların müxalifətdən olan müavinləri, ictimai təşkilatların nümayəndələri bugünkü iclasa dəvət olunublar.

Tahir Mirkişili qeyd edib ki, dövlətin iqtisadi gücünün artmasında və böyüməsində dövlət maliyyə nəzarətinin effektivliyi, maliyyə nəzarətinin güclənməsi, dövlət xərclərində şəffaflığın və qənaətliyin təmin olunması çox mühüm rol oynayır. Bu, eyni zamanda dövlət başçısı tərəfindən Azərbaycanda aparılan sürətli iqtisadi islahatların mühüm hədəflərindən biridir və ötən müddət ərzində dövlət və hökumət tərəfindən bu hədəflərə nail olmaq üçün xeyli işlər görülüb, Milli Məclis tərəfindən qanunvericilik aktları təkmilləşdirilib. Komitə sədri bildirib ki, Hesablama Palatasının fəaliyyətinin nəticələrinin deputatlara və ictimaiyyətə təqdim edilməsi növbəti addımların daha səmərəli olmasında və daha düzgün qərarların qəbul edilməsində müstəsna rol oynayır.

İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. Vüqar Gülməmmədov bildirib ki, əsasən distant fəaliyyətə üstünlük verilən 2020-ci ildə plana daxil edilmiş nəzarət tədbirlərinin sayı 25 faiz azaldılıb. Bununla belə, həmin dövr ərzində qurumun qanunvericiliklə müəyyən edilmiş fəaliyyəti vaxtında və operativ qaydada həyata keçirilib, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihəsi, müvafiq büdcələrə dəyişikliklər, dövlət büdcəsinin icrası üzrə Hesablama Palatasının rəyləri qısa müddətdə hazırlanaraq millət vəkillərinin diqqətinə çatdırılıb. Rəylərdə dövlət vəsaitlərinin idarə olunması, ümumilikdə maliyyə inzibatçılığının təkmilləşdirilməsi və gücləndirilməsi, hesabatlılıq və şəffaflığın artırılması istiqamətində tövsiyələr əks etdirilib.

Məlumat verilib ki, ötən il 34-ü audit, 4-ü analitik və 3-ü monitorinq fəaliyyətini əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbirləri həyata keçirilib. Auditlərin biri “Dövlət sirri haqqında” qanuna müvafiq qaydada olmaqla icra edilib. Ümumi auditlərin biri gəlirləri, 33-ü isə xərcləri əhatə edib. Bir audit Lənkəran şəhərində, 33 audit isə Bakıda fəaliyyət göstərən qurumlarda aparılıb. Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Şəmkir, Goranboy, Ağsu, Hacıqabul rayonlarında monitorinqlər həyata keçirilib. Bildirilib ki, subsidiyalara müraciət edən istehsalçıların sadəcə dörddə biri torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7 faizi dövlət dəstəyindən kənarda qalıb. Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub.

Məlumat verilib ki, 2018-ci ildə qəbul edilmiş yeni qanunun müəyyən etdiyi audit formaları hesabat ilində tətbiq olunub, 2020-ci ildə 4 maliyyə, 1 səmərəlilik (performans) və 29 uyğunluq auditi həyata keçirilib, İnformasiya Texnologiyaları auditinin elementləri əvvəlki illərlə müqayisədə nisbətən geniş tətbiq edilib. İl ərzində aparılan auditlərlə müəyyən olunub ki, hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat təşkil edir. Mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi hallarına aid edilən məbləğ isə ümumilikdə 335,4 milyon manat həcmindədir. 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələrə əsasən 452 halda nöqsan müəyyən edilib. Hesabat ilində ümumilikdə 130,3 milyon manat qeyd edilmiş nöqsan təsnifatı üzrə hüquqi aktların pozulması ilə icra olunub.

Hesablama Palatasının sədri diqqətə çatdırıb ki, 2020-ci ildə açıqlanan Açıq Büdcə İndeksi beynəlxalq reytinq hesabatlarında Hesablama Palatasının fəaliyyəti 89 balla qiymətləndirilib ki, bu da qiymətləndirilmənin aparıldığı 117 ölkə arasında 3-cü böyük göstəricidir.

Hesabatın yekununda 2021-ci ildə qarşıda dayanan vəzifələr barədə deputatlara məlumat verilib.

İclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov və qurumun Hüquqi təminat və insan resursları şöbəsi müdirinin müavini Nuranə Səfərova qurumda tətbiq edilən yeniliklərlə bağlı deputatları maraqlandıran məsələlər barədə məruzələr ediblər. Yekunda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sualları cavablandırıb. Hesablama Palatasının təqdim etdiyi hər üç məruzə rəngli slaydlarla, diaqramlarla müşayiət olunub.

Müzakirələrin yekununda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı Milli Məclisin plenar iclasına tövsiyə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            576 08.04.21 20:14