Jirinovski: Ermənistan Rusiyanın tərkibinə daxil edilməlidir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:32 Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb  |     21:21 Təyyarə qəzasında həlak olan tələbə evin tək UŞAĞI İMİŞ (VİDEO)  |     21:01 Təyyarənin qara qutusu tapıldı  |     20:45 Tiktoker qardaşlar da həbs olundu  |     20:30 Təyyarə son yoxlamadan nə vaxt keçmişdi? - RƏSMİ AÇIQLAMA  |     20:06 Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub  |     19:55 Təyyarə qəzasında ölənlərin sayı açıqlandı  |     19:36 Azər Zahid HƏBS EDİLDİ  |     19:15 Qəzaya uğrayan Azərbaycan təyyarəsində iki çeçenistanlı uşaq olub  |     19:10 Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş  |     18:47 Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan mühafizəçinin məhkəməsi: "Burnu qanayırdı"  |     18:39 Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili tibbi yardım briqadası hazır vəziyyətə gətirildi  |     18:04 Azərbaycanda sabiq deputat vəfat etdi  |     17:23 İmişlidə istixana yanır  |     16:52 Azərbaycanda matəm elan olundu  |     16:21 AZAL təyyarəsinin qəza görüntülərini lentə alan qazaxıstanlı bloqer saxlanıldı - FOTO  |     16:15 Azərbaycan rəsmiləri Qazaxıstanda təyyarə qəzasının baş verdiyi əraziyə gediblər  |     16:12 Astana sakinləri Azərbaycan səfirliyinə gül dəstələri gətirirlər  |     15:58 Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər (YENİLƏNİR)  |     15:56 Maqnit qasırğası gözlənilir: Neçə gün davam edəcək?  |    

Jirinovski: Ermənistan Rusiyanın tərkibinə daxil edilməlidir

Ermənistan müxalifəti, istefası faktiki olaraq Baş nazir Nikol Paşinyan tərəfindən əldə edilən erməni generallarının və hər şeydən əvvəl Baş Qərargah rəisi Onik Qasparyanın etiraz aksiyalarında meydana çıxacağına ümid edir. Bu da mitinqlərə aktivlik əlavə edə bilər. Erməni müxalifəti həm dinc inqilabdan, həm də hakimiyyəti zorla ələ keçirməyə hazır olmasından bəhs edir.

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, Rusiya Parlamentində eyniadlı fraksiyanın rəhbəri Vladimir Jirinovski Ermənistanda baş verənlərlə bağlı Media.Az-a münasibət bildirib.

- Ermənistan hazırda ən aktual münaqişə bölgəsidir. Fərqli münasibətlər səslənir. Təcili olaraq dəyirmi masa keçirməli, hər kəsi danışıqlar üçün oraya toplamağı, Ermənistan parlamentinin qərar verməli olduğunu söyləyən qəribə insanlar var. Ancaq görürük ki, parlament iclası baş tutmadı, çünki Nikol Paşinyanın “Mənim addımım” partiyası ora gəlmir, iclas açılmır.

Ermənistan Qafqazda, Şərqdədir - dünyanın elə hissəsindədir ki, burda məsələlər adətən güc yolu ilə həll olunur. Misiri götürün, bu ölkənin rəhbərliyində həmişə marşallar var. Liviya, İraq, Əfqanıstanda hakimiyyət hərbçilərdədir. Ermənistanın yanında yerləşən Türkiyədə altı hərbi çevriliş olub!..

Eyni ssenari Ermənistanda da mümkündür. Ermənilər tezliklə yeni bir siyasi rejim formatında oyana bilərlər. Onda Paşinyan ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək. Ancaq dəyişiklik faktiki olaraq qaçılmazdır. Nəticə olaraq ölkəyə mütləq rusiyayönümlü bir namizəd rəhbərlik etməsə də, ən azından NATO yönümlü insan olmayacaq, çünki NATO, ABŞ tərəfdarları Paşinyanın simasında onsuz da hakimiyyətdədir.

İndi deyəcəksiniz - bundan sonra nə etməli? Bir həll yolu var: Çar dövründə olduğu kimi, Rusiyanın bir hissəsi olmaq. Hamı sakitləşəcək, heç kim də heç nə etməyəcək. Ancaq mütləq ermənilərdən soruşmaq vacibdir ki, bunu istəyirlərmi?

İstəmirlərsə, qoy müstəqil qalsınlar. Ancaq biz ora bir nəfər də əsgər göndərməyəcəyik. Elə amerikalıların yardım göstərməsi də çətindir, çünki ermənilərə qarşı NATO ölkəsi olan Türkiyə, həmçinin ABŞ və NATO üçün Ermənistandan daha vacib olan Azərbaycan var. Ona görə də bizdən başqa heç kim Ermənistana kömək etməyəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 224 03.03.21 17:42