ABŞ ştatında 28 May “Azərbaycan Milli Günü” elan edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:37 Rusiyaya getmək istəyənlərə MÜRACİƏT: Gələn ildən yeni qaydalar qüvvəyə minəcək  |     16:33 Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib  |     16:32 Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb  |     15:58 Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş  |     15:46 Masallıda yanğın: Xəsarət alan var  |     15:07 Valentina Matviyenko İlham Əliyevi təbrik edib  |     14:57 Pirotexniki vasitələrin satışını təşkil edən 11 nəfər saxlanılıb  |     14:52 Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"  |     14:05 Bakıda mənzildən çürümüş meyit tapıldı  |     12:55 Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin siyahısı  |     12:33 Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək  |     12:17 Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var  |     12:15 Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir  |     11:37 Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış  |     11:30 Bu həftə ardıcıl 7 gün iş olacaq  |     11:23 Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır  |     11:15 Bu ərazilərdə işıq olmayacaq  |     22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |    

ABŞ ştatında 28 May “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhəri 28 Mayı “Azərbaycan Milli Günü” elan edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, bununla bağlı şəhər meri Keyt Qayeqo tərəfindən bəyannamə imzalanıb.

Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanıb.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Bəyannamədə bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 May tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və ölkəmizin azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilib.

Bəyannamənin sonunda mer K.Qayeqo 28 May tarixini Finiks şəhərində “Azərbaycan Milli Günü” elan edib və şəhər sakinlərini bu bayramı və Azərbaycanın uğurlarını qeyd etməyə çağırıb.
Qeyd edək ki, 1,6 milyonluq əhalisi olan Finiks şəhəri ABŞ-da əhali sayına görə beşinci ən böyük şəhərdir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 069 19.05.20 11:17